Xəzərdə faciə: bir balıqçı batdı, üçü isə…

Xəzər dənizinin Xaçmaz rayon sahillərində balıq tutmaq istəyən şəxs batıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, həmin şəxsin Şabran rayon sakini, 1961-ci il təvəllüdlü Sultanov Yusif Dadaş oğlu olduğu məlum olub.

Balıqçının meyiti tapılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Həmin vaxt qayıqda daha üç balıqçının da olduğu bildirilir və onlar haqqında hələ məlumat yoxdur.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.