Xəzərdə batan Saleh videoqraf imiş – FOTO

Dənizdə batan şəxs Saleh Əsgərov olub.

Globalinfo.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, S.Əsgərov videoqraf işləyirmiş.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 900 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən  Globalinfo.az-a  bildirilib ki, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib