Xəzərdə batan şəxsin meyiti çıxarıldı

Xəzər rayonunun Zirə qəsəbəsinin yaxınlığında dənizdə bir nəfər batıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 20 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.