baliqci qayiq

Xəzər dənizinin Şabran rayon sahillərində iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.

Globalinfo.az xəbər verir ki, onlardan biri xilas ola bilib.

Lakin Şabran rayon sakini, 1962-ci il təvəllüdlü Xələf Hüseyn oğlu Hüseynov dənizdə boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.

Paylaş: