Xəzər Süleymanlı yeni kitabını təqdim edəcək – FOTO

Tanınmış qiraətçi, şair Xəzər Süleymanlının “Məni gözəl xatırla” adlı şeirlər kitabı nəşr olunub.

Globalinfo.az xəbər verir ki, kitabda qiraətçinin son illərdə səsləndirdiyi ən məşhur şeirlər yer alıb.

“Məni gözəl xatırla” kitabı “Parlaq imzalar” nəşriyyatında işıq üzü görüb.

Qeyd edək ki, 15-16 yanvar tarixlərində Heydər Əliyev Sarayında Xəzər Süleymanlının musiqili şeir gecəsi keçiriləcək. Kitab ilk dəfə həmin şeir gecəsində oxuculara təqdim olunacaq. Daha sonra isə ölkənin kitab mağazalarında satışa çıxarılacaq.