yanginsondurC999n2

Xəzər rayonunda açıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən daha geniş sahəyə yayılmasına, həmçinin yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən söndürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

    Yanğın nəticəsində açıq ərazidə 15 hektar sahədə kol-kos və məişət tullantıları yanıb.

    Yaxınlıqda yerləşən tikililər və istixana yanğından mühafizə olunub.

    X X X

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Nazirliyin Mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.

    Paylaş: