IMG 3492

Ötən gün vəfat edən meyxanaçı Xəyyam Əhmədli ilə vida mərasimi keçirilir.

Baku TV görüntüləri təqdim edir:

***11:42

Ötən gecə vəfat edən meyxanaçı Xəyyam Əhmədlinin dəfn yeri və vaxtı açıqlanıb.

Globalinfo.az bildirir ki, bu barədə Axşam.az məlumat yayıb.

Bildirilib ki, Xəyyam bu gün günorta saatlarında Əhmədli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Xəyyamın ürəyində problem var idi. Onun qarnına su yığıldığı üçün ürəyini yenidən əməliyyat etmək mümkün deyildi. Meyxanaçının sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazım idi. Bu günlərdə isə meyxanaçılar həmin məbləği toplamaq üçün kampaniyaya başlamışdı.

***08:13

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli vəfat edib.

Globalinfo.az xəbər verir ki, məlumatı onun yaxınları təsdiq ediblər.

Qeyd edək ki, X.Əhmədli 1980-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildə insult keçirmişdi və ağır ürək problemi yaranmışdı. Xəyyam Əhmədli Azərbaycan ordusunun zabiti Ramil Səfərova Macarıstanda həbsdə olarkən həsr etdiyi “Hələ oğlun salamatdır” adlı meyxanası ilə məşhurlaşmışdı.

Ali təhsil almayan Xəyyam meyxana sənətində özünəməxsus üslubu ilə tanınıb. Ailəlidir, övladı yoxdur. O, 2018-ci ildə ürəyindən anju əməliyyatı keçirib. 2023-cü ildə isə insult keçirib və ağır ürək problemi ilə əlaqədar xəstəxanada müalicə alırdı.

Paylaş: