xetai 8

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Globalinfo.az bildirir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin, qazilər, C. Naxçıvanski adına Azərbaycan Hərbi Liseyin kursantları, ziyalılar və sakinlərin qatıldıqları tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, institutun hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusu möhtəşəm Qələbə qazanıb. 8 Noyabr – Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb. Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir. Artıq üç rəngli bayrağımız 30 il işğal altında qalan torpaqlarımızın hər qarışında dalğalanmaqdadır. Bu möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi iradəsi, igid vətən oğullarımızın qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində əldə olunub. Həmçinin, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı dilənib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitlərinə minnətdarlıq ifadə edilib.

Sonra isə Respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında vətənpərvərlik mövzusunda bir-birindən maraqlı ifalar izləyicilərə təqdim olunub.

Sonda atəşfəşanlıq olub.

Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluqla qarşılanıb.

Bir bir və ya daha çox şəxs şəkili ola bilərkalabalık görseli olabilirbir veya daha fazla kişi görseli olabilirateş ve kalabalık görseli olabilirdans ve yazı görseli olabilirFotoğraf açıklaması yok.çocuk, kalabalık ve yazı görseli olabilirkalabalık görseli olabilirFotoğraf açıklaması yok.ışık görseli olabilirbir veya daha fazla kişi ve yazı görseli olabilirışık, kürsü ve yazı görseli olabilirkalabalık ve yazı görseli olabilirkürsü ve yazı görseli olabilirışık ve kürsü görseli olabilirkürsü görseli olabilirbir veya daha fazla kişi, keman, kalabalık ve yazı görseli olabilirFotoğraf açıklaması yok.yazı görseli olabilirbir veya daha fazla kişi ve yazı görseli olabilirkalabalık görseli olabilirışık ve yazı görseli olabilirFotoğraf açıklaması yok.yazı görseli olabilirhavai fişek görseli olabilirateş, havai fişek ve kalabalık görseli olabilirkalabalık ve havai fişek görseli olabilirhavai fişek görseli olabilir

Paylaş: