Bakının Xətai rayonu, Əliağa Şıxlinski küçəsində məişət tullantıları yığılan sahədə baş vermiş yanğının təfərrüatı məlum olub.

Sakinlər hadisənin qəsdən törədildiyini iddia edirlər.

“Həyətə girəndə qoxu gəldi, çıxıb gördük ki, yanğın baş verib. Həmin ərazidə çarpayı var idi. Mənə elə gəlir ki, metal yığanlar onu aparmaq üçün oranı qəsdən yandırıblar”, – zərərçəkən Maarif Əhmədov söyləyib.

Ətraflı Baku TV-nin süjetində:

***

Bakıda tullantılar yığılmş sahədə yanğın söndürülüb.

FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində təkər və məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın hava şəraitinin küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 300 kv.m. sahədə təkər və məişət tullantıları yanıb.

Yaxınlıqda yerləşən avtomobil təmiri sexi və fərdi yaşayış evi yanğından mühafizə olunub.

***17:32

Bakının Xətai rayonu Ə.Şıxlinski küçəsində tullantılar yığılmş sahədə baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür, sürücülərə alternativ yollarla hərəkət etmələri barədə istiqamətlər verilir”, məlumatda deyilir.

***17:18

Bakı şəhəri, Xətai rayonunda tullantılar yığılmış sahədə yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, yanğın General Əliağa Şıxlinski küçəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbir görülür:

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək”.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Paylaş: