WhatsApp Image 2026 03 17 at 13.00.26 2 1

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfər (3 kişi, 5 qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Pasiyentlərə dərhal zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator müayinələr təyin edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

    Qeyd olunub ki, hazırda pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir.

    ***12:52

    Bu gün saat 11:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Xocalı 29 ünvanından yanğın səbəbilə çağırış daxil olub.

    Bu barədə Globalinfo.az-a TƏBİB-dən bildirilib.

      Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

      Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfər (5 böyük, 2 uşaq) tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya olunub.

      WhatsApp Image 2026 03 17 at 13.00.23

      WhatsApp Image 2026 03 17 at 13.00.24WhatsApp Image 2026 03 17 at 13.00.24 1WhatsApp Image 2026 03 17 at 13.00.26 2

      ***12:17

      Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

      Globalinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

      Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

      Əlavə məlumat veriləcək.

      ***

      Globalinfo.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bəzi sakinlər yanğının yaratdığı tüstüdən zəhərlənib.

      Hazırda təcili yardım və yanğınsöndürmə briqadaları ərazidə intensiv iş aparır.

      Yanğın məhdudlaşdırılıb.

      ***11:30

      Bakıda yaşayış binasında yanğın baş verib.

      Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

      Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

      Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

      Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

      X X X

      Bakı şəhər Xətai rayonunda hündürmərtəbəli binada yanğın başlayıb.

      Globalinfo.az xəbər verir ki, yanğın nəticəsində yayılan tüstü bir bloku tamamilə əhatələyib.

      Hadisə yerinə FHN yanğınsöndürmə və Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

      Yanğınsöndürmə və xilasetmə işləri davam edir.

      Bəzi sakinlər təxliyə olunub.

      WhatsApp Image 2026 03 17 at 11.27.15 WhatsApp Image 2026 03 17 at 11.28.58 900x654 2

      Paylaş: