Xətai rayonunda Novruz konserti təşkil edildi – FOTOLAR

Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı və  Xəzər TV-nin  təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş  “Sonsuz sevgilərlə Novruz”adlı konsert proqramı təşkil olunub.

Globalinfo.az bildirir ki, tədbirə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantları,  ziyalılar və rayon sakinləri qatılıblar.

Konsertdə bir çox məşhur incəsənət ustaları  tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər.

Tədbir sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.