Xətai rayonunda aksiya keçirildi – FOTOLAR

Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Xətai rayonunda yaşıllıq zolaqlarının artırılması,  ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Keçirilən silsilə tədbirlər çərçivəsində 25.11.2023-cü ildə Xətai rayonu 265, 194 saylı tam orta məktəblərin həyətləri, Gəncə prospekti 39 və Q.Nəbi küçələrində Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Globalinfo.az bildirir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələrinin, MKTB-nin və məktəb kollektivləri iştirak ediblər. Aksiyada ümumilikdə 800 ədəd ağac əkilib.

Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.