Xətai rayonunda bu təqvimlə bağlı xüsusi hazırlıq görülüb – FOTOLAR

Bakının Xətai rayonu ölkənin ən böyük yaşayış massivlərindəndir.

Globalinfo.az bildirir ki, sahəsi 31.6 km olan rayonun əhali sayı rəsmi statistikaya görə 290 min nəfər təşkil edir. Qeyri-rəsmi statistikalarda isə bu sayın 350 mindən artıq olduğu bildirilir.

Hazırda Xətai rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə hazırlıq demək olar, tam başa çatıb.

Xətai İcra Hakimiyyətindən bildirilir ki, şəhərimizin sakinlərində bayram əhval-ruhiyyəsi və xoş ovqat yaratmaq məqsədilə rayonun prospekt, küçə və meydanlarında, park və xiyabanlarında yeni ilə hazırlıq işləri görülüb:

“Rayon ərazisində tərtibat və bəzək işləri aparılıb. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, Yusif Səfərov, M.Hadi və digər küçələrdə yol boyunca təbii ağaclar işıqlandırılıb, yolkalar və dekorasiyalar quraşdırılıb.

Bayramın yüksək səviyyədə təşkili və keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif ərazilərində yerləşən parklar yolka və digər bayram atributları ilə bəzədilib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında quraşdırılmış yolka möhtəşəm görünüşü ilə körpələri sevindirir. Parkın gecə görüntüləri xüsusilə cəlbedicidir. Hər tərəf rəngbərəng işıqlara qərq olub.
Yeni il şənliklərinin yüksək səviyyədə təşkili, sakinlərin rahatlığının və təhlükəsizliyinin təmini məqsədilə bayram günlərində parkın işıqlandırma sistemi də xüsusi diqqət mərkəzində saxlanılır”.

Gülnar
Globalinfo.az