İcra hakimiyyəti həmin bina ilə bağlı açıqlama yaydı

Bu günlərdə Bakının Xətai rayonu, Sabit Orucov küçəsi, 2A ünvanında yaşayış binasının fasadının hissələrinin qopması haqda məlumat yayılmışdı. Buna küləkli hava şəraiti səbəb olmuşdu. Sosial və peşəkar mediada həmin hadisəni əks etdirin fotolar, videolar nümayiş etdirilmişdi.

Globalinfo.az son vəziyyətlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu göndərib.

İcra Hakimiyyətindən bildirilib ki, Sabit Orucov küçəsi 2 saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binası kooperativ binadır:

“Binanın fasadında və daxilində təmir işlərinin aparılması, saxlanılması işlərini binanın sahə mülkiyyətçiləri tərəfindən yaradılmış mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən həyata keçirilir. Kooperativ binanın sədri ilə yerində görüşülmüş, binanın idarəetməsindən irəli gələn öhdəliklərin icra olunması və qeyd olunan problemlərin aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunmuş və müvafiq tapşırıqlar verilmişdir”.

Globalinfo.az