Xəstəxanaya yerləşdirilən Həmid Herisçi: “Müqavimət göstəririk”

“Qızılca xəstəliyinə yoluxmuşam və özümü heç yaxşı hiss etmirəm”.

Bu sözləri Globalinfo.az-a Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçi xəstəliyi haqda danışarkən deyib.

O, hazırda müalicə aldığını bildirib:

“Xəstəxanaya yerləşdiriblər, görək, nə olur. Möhkəm xəstələnmişəm. Özüm evdə dərman içirdim, amma kömək etmədi. Xəstəxanaya yerləşdiriləndən bəzən yaxşı oluram, bəzən də pis. Elə bilin ki, xəstəlik gedir-qayıdır. Qızılca ilə mübarizə aparırıq, xəstəlik də müqavimət göstərir, mən də”.

Qeyd edək ki, 64 yaşlı aparıcı Həmid Herisçi təcili tibbi yardım avtomobili vasitəsilə yanvarın 26-da saat 18:15-də qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilən aparıcının hazırda müalicəsi davam etdirilir.

Zaira Akifqızı
Globalinfo.az