Xəstəliklər artır: özünüzü bu yolla qoruyun – Həkim

“Hər zaman olduğu kimi, indi də həm mövsümi soyuqdəymə xəstəlikləri, həm də qrip adı altında ümumiləşdirilən soyuqdəymə kifayət qədər yayılıb. Bununla yanaşı, mutasiyaya uğramış “omikron” ştamının formaları bəzi ölkələrdə artmaqdadır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, dünyada “omikron” ştamının tam bitmədiyini nəzərə almaq lazımdır:

“Nə qədər ki “omikron” yoxa çıxmayıb, mutasiyalar və koronavirus var, demək ki, pandemiya sona çatmayıb. Sadəcə olaraq, karantin yumşaldıldığından biz pandemiyanın bitdiyini düşünürük. Amma nəzərə almaq lazımdır ki, Dünya Səhiyyə Təşkilatı pandemiyanın sona çatması ilə bağlı heç bir raport yaymayıb. Ona görə də insanlar pandemiya təcrübəsindən istifadə etsinlər: xəstə olan şəxslər evdə qalıb müalicə alsınlar, maye qəbul etsinlər, həkim nəzarətində olsunlar. Ümumiyyətlə, yaxşı olar ki, insanlar evdən çıxan zaman maska taxsınlar və məsafə saxlasınlar”.

Zaira Akifqızı
Globalinfo.az