Xersonda mina partlayıb – Ağır yaralılar var

Ukraynanın Xerson vilayətində gün ərzində 4 mülki şəxs minaya düşərək ağır yaralanıblar.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Xerson vilayət dövlət administrasiyasının sədri Oleksandr Prokudin teleqramda yazıb.

Onun sözlərinə görə, hazırda dörd nəfər ağır yaralarla xəstəxanaya yerləşdirilib.