Xərçəngdən əziyyət çəkən şahzadənin son durumu açıqlandı

Xərçəngdən əziyyət çəkən şahzadənin son durumu açıqlandı

Uels şahzadəsi Keyt Middleton xərçəng xəstəliyinin remissiya mərhələsində olduğunu açıqlayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu barədə instaqram hesabında bildirib.

Middlton remissiyada olduğu üçün özünü rahat hiss etdiyini vurğulayıb. O, əlavə edib ki, o, sağalmağa diqqət yetirir.

Keyt “Royal Marsden” Xərçəng Xəstəxanasının əməkdaşlarına ona son bir ildə göstərdikləri qayğıya görə təşəkkür edib.

Xatırladaq ki, ötən ilin martın 22-si Keyt Middleton kimyaterapiya aldığını açıqlayıb. Şahzadə bildirib ki, onda xərçəng qarın əməliyyatından sonra edilən testlər zamanı aşkarlanıb.

Uzun müddət ictimaiyyət arasında görünməyən Middletonla bağlı müxtəlif şayiələr yayılmışdı, hətta onun öldüyü deyilirdi. O, həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntüləndikdən sonra şayiələrə son qoyulmuşdu.