Xərçəng xəstələrini sevindirəcək kəşf

Elm adamları müxtəlif növ xərçəng növləri ilə mübarizə aparan, şiş hüceyrələrinin proqramlaşdırılmış şəkildə öldürülməsinə səbəb olan kiçik bir molekul kəşf ediblər. 

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, N6F11 molekulunun fəaliyyəti dəmirin yığılması və reaktiv oksigen növlərinin istehsalı ilə hüceyrənin özünü məhv etmə mexanizmi olan ferroptoza əsaslanır. O, həmçinin ferroptoz blokatoru olan GPX4 kimi tanınan glutatyon peroksidaza-4-ün deqradasiyasını seçici şəkildə induksiya edir.

N6F11-in insan mədəaltı vəzi, sidik kisəsi, döş və uşaqlıq boynu xərçəngi hüceyrələrində glutatyon peroksidaza təsir etmədən GPX4-ü pozduğu göstərilib.

Bu molekulun kəşfi immun hüceyrələri də daxil olmaqla, şiş mikromühitində bir çox hüceyrələrin öldürülməsinə kömək edən ferroptozun mühüm məhdudiyyətini aradan qaldıracaq.