Xələf Xələfov İran XİN rəhbəri ilə bunu müzakirə etdi

Tehranda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

Globalinfo.az xəbər verir ki, Xələf Xələfov İran XİN rəhbəri ilə ikitərəfli münasibətləri müzakirə ediblər.

Tərəflər eyni zamanda, regiondakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.