Ukraynadan “sürpriz” – Rusiyanı “qorxuya salan” silahlar istehsal olunacaq

“Ukrayna yaxın aylarda yeni “ağıllı” hava bombalarının istehsalına başlamaq istəyir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının IAMP mərkəzinin rəhbəri Vadim Kozyulin məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələri Rusiya aerodromlarına smart bombalarla zərbələr endirə bilər. Bu bombaların istənilən hədəfə qarşı istifadəsi nəzərdə tutulub. Sözügedən hava bombası yüksək dəqiqliyə malikdir, hərbi və sənaye obyektlərinə, istehkamlara, aerodromlara, qərargahlara və anbarlara hücum etmək olar”, – deyə deyə Kozyulin bildirib.

Onun sözlərinə görə, Ukrayna komandanlığının bu tip hava bombalarını istehsal etmək üçün resursları var və buna görə də planlaşdırılan sınaqlarla bağlı xəbərlərə ciddi yanaşmaq lazımdır.

Safura Bənnayeva
Globalinfo.az