Xatirənin ölkəni qarışdıran sözləri ilə bağlı yeni açıqlama – Köməkçisi danışdı

Müğənni Xatirə İslamın cavan qalmadı üçün üzünə körpə uşağın hüceyrələrini vurdurması ilə bağlı xəbərlər yayılıb. İctimaiyyət müğənnini bu açıqlamaya görə tənqid atəşinə tutub. Bəziləri körpə uşağın həyatın təhlükəyə atdığı üçün ifaçının məsuliyyətə cəlb edilməsini tələb etsə də, bir qism isə onun yanlış xəbər yaydığını, əslində, o hüceyrənin uşaqdan yox, ciftdən alındığını bildiriblər.

Globalinfo.az məsələni dəqiqləşdirmək üçün Xatirə İslamla əlaqə saxlayıb.

Zəngə cavab verən köməkçisi xəbərin yalan olduğunu bildirib:

“Ümumiyyətlə, Xatirə xanımla bağlı bu cür yalan xəbərlər tez-tez yayılır. Belə bir şey yoxdur. Əlbəttə ki, cavan görünmək üçün uşaq hüceyrələrindən istifadə etməyib”.

Zaira Akifqızı
Globalinfo.az