ABŞ Xarq adasındakı hərbi obyektləri vurub.
Bu barədə “Fox News” yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Nəşr bildirir ki, ABŞ-ın adaya hücum üçün quru qoşunlarını cəlb etməsi barədə məlumat yoxdur.
***15:26
İranın neft tədarükünün böyük hissəsini təmin edən Xarq adasında bir neçə partlayış səsləri eşidilib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Hadisənin nəticələri barədə hələ rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Tehrana bir sıra sərt tələblər irəli sürmüşdü. O bildirmişdi ki, müharibənin dayandırılması üzrə danışıqlar uğursuz olarsa, İranın elektrik stansiyalarına və neft yataqlarına zərbələr endirilə, həmçinin strateji əhəmiyyətə malik Xarq adası ələ keçirilə bilər.
Safura Bənnayeva
Globalinfo.az