6a53d8e1200626a53d8e12006317838799036a53d8e12005f6a53d8e120061

IV Şuşa Qlobal Media Forumu çərçivəsində xarici qonaqlar Şuşada yeni inşa edilən Qarabağ küçəsi ilə tanış olublar.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, qonaqlara küçədə həyata keçirilən tikinti və abadlıq işləri, həmçinin burada yaradılan müasir infrastruktur barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub.

Sözügedən küçədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı10 bina inşa edilib.

Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib.

6a53d8dfa0ad56a53d8dfa0ad617838799036a53d8dfa0ad36a53d8dfa0ad4 6a53d8e1a3b0e6a53d8e1a3b0f17838799036a53d8e1a3b0c6a53d8e1a3b0d 6a53d8e04fb016a53d8e04fb0217838799036a53d8e04fafe6a53d8e04faff

Paylaş: