Xarici diplomatlar Füzuli şəhərinin köhnə mərkəzində olub – FOTO

İşğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Azərbaycanda rezident əsasda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Füzuli şəhərinin köhnə mərkəzində olub.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi Emin Hüseynov yenidənqurma və bərpa işləri barədə xarici diplomatları məlumatlandırıb.

O, Ermənistanın işğalı dövründə şəhərdəki bütün mədəni abidələrin, binaların dağıdıldığını deyib.

O bildirib ki, 30 illik işğal dövründə bu regionun ətraf mühitinə, ekologiyasına ciddi zərbələr vurlub, ekoloji terror törədilib.
“Bütün bunlar müharibənin nəticəsi deyil, 30 illik işğalın nəticəsidir, 30 il ərzində sistemli, davamlı və məqsədli şəkildə bu torpaqlarda yaşayış məhv edilib, oğurlanıb.
Bu ərazilərdə açıq muzey olacaq, biz bunu gələcək nəsillər üçün saxlayacağıq onlar müharibənin nə olduğunu, erməni işğalının nə oıduğunu bilsinlər.
Biz müharibə istəmirik, sülh içində birgə yaşayış istəyirik.

Hikmət Hacıyev isə bildirib ki, Füzuli işğaldan azad olunduqdan sonra Azərbaycan əsgərləri azad etdikləri bu ərazilərdə Azərbaycan bayrağını sancmaq üçün dağıdılmamış bina tapa bilməyib.
“Vətəndaşlarımız inanır ki, bu ərazilər bərpa olunacaq, onların evləri tikiləcək amma onlar bir sual verir, “bizim həyatımızdan oğurlanan 30 ili kim qaytaracaq?”