Baki foto

Avropa İttifaqının Bakıdakı ofisində müxalifət liderləri ilə baş tutan görüş ətrafında müzakirələr davam edir. Belə ki, həmin görüşdə səfir Piter Mixalko, ofisin bəzi əməkdaşları və Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının sabiq və indiki sədrləri İsa Qəmbər və Arif Hacılı, həmçinin müxalifəti təmsil edən daha bir neçə şəxs iştirak edib. Görüşün diqqətçəkən tərəfi isə Piter Mixalkonun sözün əsl mənasında görüşdə iştirak edən müxalifəti danlaması, onlara minnət etməsidir.

Azərbaycandakı cari durumu qısa şəkildə “təsvir” edən P.Mixalko deyib ki, uzun illərdir ABŞ və Aİ müxalif qüvvələrin fəallığının təmin edilməsi, hakimiyyətə təsir və təzyiq imkanlarının gücləndirilməsi üçün müxalifətə böyük vəsaitlər ayırıb. Bunun müqabilində isə cəmiyyətin narazı hissəsini arxasınca aparmalı olan müxalifət fəaliyyətini yalnız virtual məkanda replikalar paylaşmaqla, müxalifətçiliyi imitasiya etməklə məşğuldur. Hazırda seçkilərlə əlaqədar siyasi fəallığını yüksəltməli olan qüvvələr artıq bu imitasiyanı da lazımi şəkildə edə bilmirlər.

P.Mixalko nümunə kimi Gürcüstan müxalifətini və vətəndaş cəmiyyətini göstərərək bildirib ki, həm Azərbaycana, həm də Gürcüstana ayrılan vəsaitlərin həcmi eyni olsa da, qonşu ölkədə vətəndaş cəmiyyəti hakimiyyətə çox ciddi təsir etmək və iqtidarı sarsıdacaq addımlar atmaq imkanlarına malikdir.

Ümumiyyətlə, bu vəsaitin ölkəyə necə və hansı yollarla gəlməsi uzun müddətdir müzakirə edilən bir məsələdir. Qeyri-qanuni yollardan gələn vəsaitin ifşası və sıradan çıxması yönündə əməliyyatlar keçirilsə də prosesin qarşısını tam almaq mümkün olmayıb.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Aİ və ya digər hansısa Qərb ölkəsinin səfirin Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatların təmsilçiləri ilə görüş keçirməsi artıq bir ənənə halını alıb:

oqtay qasimov 5

Oqtay Qasımov

“Belə görüşlər həm qarşılıqlı tanışlıq məqsədi ilə təşkil edilir, həm də əlaqələrin inkişafına xidmət edir. Müstəqilliyin ilk illərində bu kimi görüşlər daha sıx və intensiv təşkil edilirdi. Özü də həm iqtidar, həm də müxalifət nümayəndələri ilə görüşlər keçirilirdi.

Səfirlik, beynəlxalq təşkilat nümayəndələrinin ictimai-siyasi kəsimlə görüşlər keçirməsi, onlarla təmasda olması dünya təcrübəsində də var. O ki qaldı Piter Mixalkonun keçirdiyi son görüşə, ehtimal ki, bu, qarşıdan gələn növbədənkənar parlament seçkiləri ilə bağlıdır”.

Ekspert müxalifət partiyalarına xaricdən edilən yardım haqda danışıb:

“Hesab edirəm, bu kimi hallar ciddi araşdırılmalıdır. Çünki özlüyündə risk faktoru daşıyır. Ümumiyyətlə məsələnin detalları sahə üzrə mütəxəssis rəyi tələb edir, amma xaricdən müxalifətə ayrılan maliyyənin qarşısının tam alınmaması milli təhlükəsizliyi təhdid edir.

Ümumiyyətlə, məsələ ilə bağlı islahatlara hüquqi bazanın yaradılmasına ciddi ehtiyac var. Bu, prosesin qarşını tam almasa da xaricdən gələcək maliyyəni böyük ölçüdə əngəlləyə bilər”.

1438750109 kurs dollar melemah lagi rupiah makin kuat

Globalinfo.azın şərhi:

Piter Mixalko bilərəkdən, ya da bilməyərəkdən görüşdə iştirak edən müxalifət rəhbərlərini ifşa edib. Belə ki, diplomatın “sizə göndərilən pulların müqabilində” ifadəsini işlətməklə, müxalifət liderlərinin oğurluğunun, korrupsiyasının üstünü açıb. Bu adamlar illərdir xaricdən böyük məbləğdə maliyyə yardımları alırlar. Amma bu yardımlardan tərəfdarlarına, sıravi müxalifətçilərə 1 qəpik də olsun vermirlər. Ehtiyac içində olan insanlara, öz silahdaşlarına həmin pullardan qıymırlar. Sözün əsl mənasında basıb yeyirlər o vəsaitləri. Sıravi müxalifətçilərin çiyinləri üzərindən xarici fondlarla, təşkilatlarla qanunsuz əməkdaşlıq edib, yüz minlərlə pul qazanırlar. Etiraz edənləri, narazılıq bildirənləri isə zaman-zaman mənəvi-psixoloji basqı altında saxlayırlar.

Artıq hesab vaxtıdır! Müxalifət düşərgəsində haqq-hesab zamanı çatıb. İllərini bu liderlərin boş vədlərinə sərf edən insanlar onların qarşısına keçib, bəzi suallar verməlidir. Məsələn, Əli Kərimlidən soruşa bilərlər ki, o qədər maliyyə almısan, o vəsait hara, kimə xərclənib? AXCP sədri hakimiyyəti rüşvətxorluqda, korrupsiyada, başqa əyri işlərdə suçlayır. İndi ortaya nümunə qoysun, xaricdən gizli yolla, qanunsuz şəkildə aldığı vəsaitlə bağlı tərəfdarlarına, cəmiyyətə hesabat versin.

Turan Rzayev
Globalinfo.az

Paylaş: