Xaricdə təhsil alanlara şad xəbər: bu, tələb olunmayacaq

Xaricdə təhsil alanların diplom tanınması ilə bağlı müraciətində dil tələbi aradan qaldırılıb.

Globalinfo.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

O bildirib ki, əvvəlki qaydalara görə xaricdə təhsil alan tələbə diplom tanınması üçün müraciət etdikdə tədris dili ilə bağlı imtahan verirdi:

“Lakin hazırda diplom tanınması ilə bağlı dil tələbi aradan qaldırılıb. Bu səbəbdən diplomunun tanınması ilə bağlı müraciətinə mənfi rəy verilən şəxslər yenidən müraciət edə bilərlər”.