Xanumyan: “Qərb və Rusiya Türkiyənin gücündən istifadə edərək…”

“Həm Qərb, həm də Rusiya Türkiyənin Cənubi Qafqazda təsirinin güclənməsinə böyük önəm verir və Ankara ilə intensiv əməkdaşlığa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş qondarma rejimin “ərazi idarəetmə və infrastruktur naziri” Ayk Xanumyan deyib.

“Qərb Türkiyənin gücündən istifadə edərək Rusiyanı Cənubi Qafqazdan və Orta Asiyadan sıxışdırıb çıxarmaq istəyir. Rusiya isə heç olmasa öz nüfuzunu saxlamaq və infrastruktur layihələrində iştirak etməyi düşünür. Üstəlik, mümkün olacağı təqdirdə Türkiyəni bu cür layihələrdən kənarda saxlamağa çalışır. Bu iki istiqamət bir müddət paralel getsə də, sonda mütləq bir-biri ilə kəsişəcək. Bu hadisələrdən ən çox elitası qorxan və ambisiyaları olmayan region dövlətləri əziyyət çəkəcək”, – Xanumyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az