
Qarabağ münaqişəsinin ilk şəhidləri Əli Hacıyev və Bəxtiyar Quliyevin 1988-ci ildə Əsgəranda vurulması ilə bağlı yeni fakt üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, həmin vaxt keçmiş polis inspektoru işləmiş İlqar Abbasov İctimai Televiziyaya müsahibəsində maraqlı detalları açıb.
O bildirib ki, 1987-ci ildə mərhum Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verəndə ermənilər 3 gün bayram ediblər.
İ.Abbasov ilk şəhidlər Əli Hacıyev və Bəxtiyar Quliyevin vurulduğu tüfəngin hazırda İrəvanda muzeydə saxlanıldığını da qeyd edib.
Daha ətraflı videoda: