MOİK-in adı dəyişir, Xankəndiyə köçür? – AÇIQLAMA

“MOİK klubunun adı dəyişdirilmir. Klub Premyer Liqaya çıxarsa, bizi Xankəndiyə köçürə bilərlər”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında MOİK klubunun baş məşqçisi Qəzənfər Abbasov klubun yeni mövsümdən Xankəndi şəhərini təmsil etməsi haqqında xəbərlərlə bağlı deyib.

O bildirib ki, MOİK yarışlara öz adı ilə qatılacaq:

“MOİK Mərkəzi Ordu İdman Klubunun komandası olduğu üçün eyni adı daşıyır. Xankəndiyə gedəcəyimiz barədə bizə dəqiq bir söz deyilməyib. Deyilənlər şayiədir”.

Qeyd edək ki, ötən gün MOİK-in Xankəndi şəhərini təmsil edəcəyi haqda xəbərlər yayılıb.

Zaira Akifqızı
Globalinfo.az