Qarabağdakı separatçıların növbəti təxribatı sülhməramlılarla bağlı ola bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində informasiyalar yayılıb.
Belə ki, separatçıların idarə etdiyi informasiya resursları Ağdamda sülhməramlılara məxsus ərzaq konteynerlərinin olduğuna diqqət çəkib. Erməni terrorçularının xisləti nəzərə alınarsa, sülhməramlıların ərzaq üçün potensial hücum hədəfi seçildiyini ehtimal etmək olar.
Bununla yanaşı, separatçların kəskin yanacaq çatışmazlığı ilə üzləşməsi bu ehtimalları daha da artırır.
Tamerlan Yayaqan
Globalinfo.az