Xankəndidəki ermənilər Azərbaycanla bağlı bu suala cavab axtarırlar

Xankəndidəki separatçı Ruben Vardanyan ermənilərlə aktiv görüşlərə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzet Vardanyanın görüşlərdə səsləndirdiyi fikirlərin ermənilər arasında ziddiyyətli əhval-ruhiyyə yaratdığını bildirib:

“Vardanyan yaranmış situasiyanın yaza doğru yumşalacağını, eləcə də SES-lərin tam gücü ilə işləyib elektrik problemini bitirəcəyini deyərək onları ümidləndirib.

Ermənilər Azərbaycan tərəfindən hərbi əməliyyatların başlaması ehtimalı barədə maraqlandıqda Vardanyan bunu istisna etməyib”.

Qeyd edək ki, bundan öncə Vardanyanla Arutyunyan arasında Qarabağda rəqabətin başladığı haqqında məlumat yayılmışdı. Belə ki, bazar günü əhali ilə görüşən Arutyunyan Vardanyanı təkzib edərək, Bakı ilə təcili danışıqlara gedilməsi gərəkdiyini bildirmişdi.

İlkin Həsənov
Globalinfo.az