Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq

Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq.

Globalinfo.az bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, Xocalı, Əsgəran və Ağdərədə də seçki məntəqələri yaradılacaq: “Hamımız həmin ərazilərdə səs verəcək seçicilərə həsəd aparacağıq”.

Qeyd edək ki, seçki məntəqəsi keçmiş vilayət Partiya Komitəsinin inzibati binasında yerləşəcək.

MSK sədri Məzahir Pənahov deyib ki, Xankəndidə məhz həmin o binada seçicilər səs verəcək.