Xankəndidə təşviş: yaxın saatlarda ciddi hadisələr olacaq – Erməni KİV

Qarabağdakı separatçılar arasında təşviş yaradan xəbərlər yayılır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

İddia olunur ki, yaxın saatlarda separatçıların başçısı Araik Arutyunyan və saxta “dövlət naziri” Qurgen Nersisyan “istefaya” gedəcəklər.

Arutyunyanın “səlahiyyətini” separatçıların “təhlükəsizlik şurası katibi” Samvel Şahramanyana təhvil verəcəyi deyilir.

Erməni bloger Mika Badalyanın da məlumata görə, bu gün “artsax” və A.Arutyunyanla bağlı mühüm qərarlar verilə bilər.

Qeyd edək ki, A.Arutyunyanın istefa iddiaları bundan öncə də yayılmışdı. Separatçıbaşı isə “istefa” niyyətində olmadığını bildirmişdi.

Tamerlan Yayaqan
Globalinfo.az