Xankəndidə təşviş: Araik gizli iclasda separatçılara deyib ki… – Mühüm gəlişmə / VİDEO

Xankəndidəki qanunsuz rejimdə Laçında yeni sərhəd keçid məntəqəsinin qurulması ilə əlaqədar təşviş güclənib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet dünən separatçıların lideri Araik Arutyunyanın rəhbərliyi altında keçirilən “təhlükəsizlik şurasının” qapalı iclasının detallarını yazıb. Məlumata görə, Arutyunyan separatçı “elitanın” nümayəndələrinə Rusiya sülhməramlılarının rəhbəri ilə görüşdüyünü və Volkovun ona baş verənlərlə bağlı Moskvadan cavab gözlədiklərini dediyini bildirib.

Bundan başqa, Arutyunyan Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının gözlənildiyini və bundan sonra Moskvanın rəsmi mövqeyinin ona çatdırılacağını söyləyib.

Bununla belə, separatçı-terrorçu rejimin nümayəndələri hələ də İrəvandan cavab ala bilməyiblər.

İlkin Həsənov
Globalinfo.az