xankendi toy 0

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimlinin oğlu gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toy mərasimi baş tutur. Mərasim Xankəndi şəhərində yerləşən restoranlardan birində keçiriləcək.

Qeyd edək Kərimlilər ailəsi Şuşa şəhərində yaşayırlar. Bəy, gəlin və onların ailə mərasimi keçirilən zala gəlməzdən öncə Şuşa şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, sonra Cıdır Düzündə gəzintiyə çıxıblar.

Onlar daha sonra Xankəndi şəhərinin mərkəzini gəzəcək və toy keçiriləcək restorana gedəcəklər.

66eecb525eda066eecb525eda1172692565066eecb525ed9e66eecb525ed9fXankəndidə illər sonra ilk toy keçiriləcək - FOTO

***09:26

21 sentyabr uzun illərdən sonra Xankəndidə azərbaycanlıların toy mərasiminin keçirildiyi tarix olaraq yadda qalacaq.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu gün gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toyudur. Onun Rəvanı adlı xanımla toy mərasimi Xankəndidəki “Meydan” restoranında keçirıləcək.

Məlumatı saytımıza bəyin ailə üzvləri veriblər.

Qeyd edək ki, bu gün evlənən Fərhad Kərimli bir müddət öncə hərbi xidmətini başa vurub. O, tanınmış jurnalist Kərim Kərimlinin oğludur. Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər.

Kərim Kərimli bu ilin mayında Şuşaya köçüb. Onun ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.

Xankəndi şəhəri 26 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 32 ildən sonra -2023-cü ilin sentyabr ayın 20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu Xankəndi şəhərinə nəzarəti təmin edib. Beləliklə, bu Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

1726858061 d645920e395fedad7bbbed0eca3fe2e0
1726857965 c9f0f895fb98ab9159f51fd0297e236d
f7177163c833dff4b38fc8d2872f1ec6

Xankəndidə ilk TOY - Tanınmış jurnalistin oğlu bu gün evlənir - Eksklüziv FOTOLAR

Paylaş: