Xankəndidə ən böyük problem – Ermənilər aldadırlar

Xankəndidə ən böyük problem çörək çatışmazlığıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məlumata görə, sahibkarlar taxıl almaq istəsələr də, insanlar taxılı gizlədir və satmırlar. Buna səbəb onların mövcud vəziyyətin uzun müddət davam edəcəyindən qorxmalarıdır.

Qeyd olunur ki, artıq bölgədə qarğıdalı unundan da çörək bişirilir.

Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 40 ton unla yüklənmiş yardım TIR-ı 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir.

Tamerlan Yayaqan
Globalinfo.az