Xankəndidə dinc əhalinin böyük bir qrupu girov götürüldü

Xankəndində dinc əhalinin böyük bir qrupu qanunsuz rejimin qalıqları tərəfindən girov götürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Caliber məlumat yayıb.

Mənbələrdən əldə olunan məlumata görə, hazırda erməni əsilli mülki şəxslərin böyük bir hissəsi Xankəndini tərk edərək Ermənistana getmək istəyir.

Daxil olan müraciətləri nəzərə alaraq Azərbaycan tərəfi bunun üçün lazımi təhlükəsiz dəhliz yaradıb. Lakin Xankəndinin daxilində qalan, qanunsuz rejimin rəhbərlərinin nəzarətində olan qanunsuz silahlı birləşmələr bu insanları girov və canlı qalxan kimi saxladıqları qeyd edilir.

Şahramanyanlar, Sahakyanlar, Arutyunyanlar və Qukasyalılar qorxurlar ki, mülki əhalinin şəhəri tərk etməsi rejimin son ləğvinə və onun liderlərinin həbsinə gətirib çıxaracaq.

Zaira Akifqızı
Globalinfo.az