Xankəndidə “dəyişiklik” başladı: Araik mat vəziyyətində qaldı

Xankəndidə mitinqdən sonra qondarma separatçı rejimdəki “siyasi qruplar” arasında vəziyyət gərginləşib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzet “dövlət naziri” Ruben Vardanyanın mitinqdə çıxışının əvəzində Araik Arutyunyanın söz söyləməməsinin separatçılar arasında “hakimiyyət dəyişikliyi”nin başlanmasından xəbər verdiyini bildirib.

Bununla belə, son proseslərdən sonra Vardanyanla qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan arasında münasibətlərin gərginləşdiyi qeyd edilib. Əgər əvvəllər Balasanyan ruslar və azərbaycanlılarla danışıqları aparan əsas şəxs idisə, artıq ona bu imkanın verilmədiyi vurğulanıb.

“Hraparak”ın mənbəsi Balasanyanın Vardanyan sayəsində “vəzifə”sindən uzaqlaşdırılacağı və onun “yerinə” Levon Mnatsakanyanın gətirilməsinin planlaşdırıldığını yazıb.