a898a504bdb90d8f74516f2e5f3b1970

Xəbər verdiyimiz kimi,hazırda Xankəndi şəhərində Zəfər Gününün ildönümündə keçiriləcək hərbi parada hazırlıq gedir. 

Globalinfo.az xəbər verir ki, Azərbaycan ordusunun bölmələrinin Xankəndi şəhərində parada hazırlıq görüntüləri Ermənistanda ciddi müzakirələrə səbəb olub.

Erməni türkoloq Varujan Geqamyan şəhərin mərkəzində Azərbaycan əsgərinin Bozqurd işarəsi tutduğu, arxada ordunun göründüyü fotonu paylaşıb. O, Zəfər Paradının keçiriləcəyinə və əsgərlərin hazırlığına diqqət çəkib, bunun onlar üçün qəbuledilməz və vahiməli olduğunu bildirib.

Fotonu təqdim edirik:

f4499f4f ed69 4ea0 a07c d762a09e41bc 1

Paylaş: