Xankəndi yolunda qəzaya düşən PFL prezidentinin son durumu

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumu açıqlanıb.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a PFL-in media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

O, qurumun rəhbərinin yanvarın 8-dəki əməliyyatının uğurlu alındığını söyləyib: “Hər şey daha yaxşı olacaq. Sadəcə, zamana ehtiyac var. Yavaş-yavaş bərpa ediləcək”.

Abdullayev vitse-prezident Aslan Şahgəldiyevin bərpa prosesi keçdiyini bildirib. O, öz durumunun da yaxşı olduğunu və artıq iki gündür işə çıxdığını sözlərinə əlavə edib.

Xatırladaq ki, hadisə dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.