Xankəndi, Xocalı, sonra Zəngəzur dəhlizi – Böyük plan haqda yeni məlumat

“Azərbaycan 10 Noyabr Bəyanatı imzalanandan sonra Rusiya sülhmərmalılarının müvəqqəti yerləşdiyi ərazilərdə intensiv kəşfiyyat-nəzarət tədbirləri həyata keçirib”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, bu əlamətləri göstərən informasiyalar az olmayıb, hərçənd ki, həmin yayılan məlumatların dəqiqliyini təftiş etmək imkanlarımız olmayıb:

“İstənilən halda, bu nəticə beynimdə fırlanır ki, bəzi informasiyalar özləri iddia səviyyəsində olsa belə, bu elə ümumi planın tərkib hissəsi idi. Azərbaycan getdikcə kəşfiyyat imkanları və texniki vasitələr hesabına vizual nəzarət imkanlarını gücləndirmişdi, hətta Qarabağdakı erməni əhali arasındakı vahimə yaradan hadisələr belə olurdu.

Aqşin Kərimov

Sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı Azərbaycanın həyata keçirdiyi tədbirlər həmin ərazilərin suveren çətirimiz altına keçməsi yönündə mühüm addımlardır. Hadisələr diqqətlə izlənilməlidir, Azərbaycanın “səssiz müharibə” ilə bir çox əraziyə nəzarəti bərpa etməsi yuxarıda qeyd etdiyim kəşfiyyat-nəzarət həmlələrinin həlledici nəticəsidir.

Təbii ki, bir çox hadisəni, hərbi əməliyyatları, onun nəticələrini, danışıqları, verilən bəyanatları nəzərə alsaq, inam artır ki, Azərbaycan Xankəndiyə də, Xocalıya da nəzarəti bərpa edəcək. Zəngəzur dəhlizinə gəlincə, onun açılması beynəlxalq zərurətlərdən doğur. Ancaq Ermənistan dəhlizlə bağlı öhdəliyindən yayınır. Ona görə də, Azərbaycan dəhlizin açılması üçün şərtlərini hərbi miqyasda göstərməkdən başqa seçimə malik olmaya bilər”.

Turan Rzayev
Globalinfo.az