xankendi 13

Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam edir.

Globalinfo.az bildirir ki, tribunalarda yeni oturacaqların bir hissəsi artıq quraşdırılıb. Bundan başqa stadionun daxilindəki otaqlar da müasir standartlara uyğun təmir olunur.

Qeyd edək ki, Azərbaycan kuboku çərçivəsində “Qarabağ” – MOİK matçının məhz bu stadionda keçiriləcəyi gözlənilir. Qarşılaşma dekabrın 21-də olacaq.

Stadionun görüntülərini təqdim edirik:

Paylaş: