Xankəndidən son dəqiqə xəbərləri gəlir – VİDEO

Hazırda Xankəndi və ətraf ərazilərdə mobil rabitə aktiv deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə separatçıların nümayəndələri məlumat yayıb.

Bütün məktəblərin bağlandığı, əhalinin bunkerlərə girdiyi iddia edilir.

Şəhərdə fövqəladə vəziyyət elan edildiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi mülki mövqelərə atəş açmadığını elan edib.

Ayşən Mustafa
Globalinfo.az