Xankəndi ermənilərini ifşa edən görüntülər: “Video paylaşmayın!”

Xankəndidəki erməni separatçıların daha bir yalanı üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, separatçıların nümayəndəsi Geqam Stepanyan Qarabağdakı erməniləri dəbdəbəli görüntülər paylaşmamağa çağırıb.

Stepanyan toy və məclislərdən xüsusilə yemək süfrələrinin olduğu görüntülərin paylaşılmasının doğru olmadığını bildirib. O, bu görüntülərin Azərbaycan seqmentində yayılmasının xeyirlərinə olmayacağını deyib.

Bu, bir müddətdir Xankəndidəki erməni sakinlərin “ərzaq çatışmazlığı” şousunun yalan olduğuna daha bir sübutdur.

Qeyd edək ki, ermənilər Qarabağda guya sosial vəziyyətlərinin yaxşı olmadığını iddia etsələr də, ərazidən çox sayda məclis, bol təamların yer aldığı süfrə görüntüləri, bayram və toy şənliyi videoları yayılırdı. G.Stepanyan yalanlarının üzə çıxmaması üçün erməniləri bu kimi görüntülər paylaşmamağa çağırıb.

Ayşən Mustafa
Globalinfo.az