Xanım dekandan nümunəvi addım – FOTO

Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova təqdirəlayiq addım atıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri feysbuk səhifəsi məlumat yayıb.

Belə ki, universitetin tələbəsi olan gənc xanım körpə övladını əmanət etməyə bir kimsə tapmayıb və məcbur onu özü ilə universitetə gətirib.

Daha sonra dekan körpəyə baxıb, xanım isə rahatlıqla imtahana girib.