İranın Ali rəhbəri Müctəba Xamenei sağdır.
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, M.Xamenei öz vəzifələrini yerinə yetirir və mühüm qərarlara şəxsən özü imza atır.
Pezeşkian qeyd edib ki, ABŞ və İsrail İran rəsmilərinin olduğu evləri hədəf aldığı üçün Ali rəhbərin yeri gizli saxlanılır:
“Məhz onun yerini öyrənmək üçün adıçəkilən iki ölkə müxtəlif şayiələr yayır”.
Qeyd edək ki, zaman-zaman Müctəba Xameneinin yaralandığı, komada olduğu və hətta öldüyü barədə xəbərlər yayılır.