İranın mərhum ali lideri Əli Xameneinin vida mərasimi dünya tarixində ən böyük kütləvi yürüş kimi qeydə alınıb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
Bildirilib ki, İran və İraqda keçirilən tədbirlərdə ümumilikdə 43 milyona yaxın insan iştirak edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin aviazərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vida mərasimi iyulun 3-də Tehranda başlayıb. Mərasimdə 100-dən çox ölkədən yüksək səviyyəli nümayəndə heyətləri iştirak edib.
İyulun 4-dən 5-dək cənazə Tehranın ən böyük dini-ictimai kompleksi olan “Mosalla”da saxlanılıb. İyulun 6-da paytaxtın əsas küçələrində keçirilən izdihamlı yürüşdən sonra cənazə İranın dini mərkəzi hesab olunan Qum şəhərinə çatdırılıb və orada iyulun 7-də mərasimlər təşkil olunub.
Həmin gün axşam saatlarında cənazə İraqa aparılıb, burada Nəcəf və Kərbəla şəhərlərində yerli şiələr üçün vida mərasimləri keçirilib.
İyulun 9-da Əli Xamenei doğulduğu Məşhəd şəhərində torpağa tapşırılıb.