1720294503 aytullah xamenei bu qabiliyytlri qoruyun v yuksldin 9283

Sinvarın itkisi İsrailə qarşı müqavimət cəbhəsi üçün tamamilə ağrılıdır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran rəhbəri Əli Xamenei deyib.

“Lakin onun şəhadəti ilə müqavimət bitməyəcək. HƏMAS sağdır və yaşamağa davam edəcək”, – Xamenei bildirib.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar Qəzza zolağının Rəfah şəhərində İsrail hərbçiləri ilə toqquşmada öldürülüb.

Paylaş: