Xameneinin köhnə çıxışı yeni kimi yayımlandı – YENİLƏNİB

xamenei

“RİA Novosti” İranın SNN telekanalının ali rəhbər Seyid Əli Ayətullah Xameneinin köhnə müraciətini yeni kimi təqdim etdiyini yazıb. 

Globalinfo.az xəbər verir ki, nəşr eyni müraciətin iyunun 13-də yayımlandığını iddia edib.

“RİA Novosti” yazır ki, Xamenei bu çıxışda İranın ərazisinə edilən hücuma məhəl qoymayacağını bildirib. Ali rəhbər 5 gün əvvəlki çıxışda da eyni fikirləri səsləndirib. O zaman İran hələ İsrail ərazisinə hücuma keçməmişdi.

Məlumata görə, SNN məsələyə aydınlıq gətirmədən yayımı dayandırıb.

***

“Amerikalılar bilməlidirlər ki, İran xalqı itaətkar deyil, onların hər hansı hərbi müdaxiləsi, şübhəsiz, düzəlməz zərərlərlə nəticələnəcək”. 

Globalinfo.az xəbər verir ki, bunu İranın ali rəhbəri Seyid Əli Ayətullah Xamenei deyib.

O, xalqın məcburiyyət qarşısında təslim olmayacağını söyləyib:

İran xalqı məcburi sülhə münasibətdə möhkəm dayandığı kimi, məcburi müharibəyə qarşı da möhkəm dayanacaq. Millətimizi və tariximizi bilən insanlar, heç vaxt bu xalqla təhdid dili ilə danışmazlar”.

***

İranın ali rəhbəri Seyid Əli Ayətullah Xamenei xalqa müraciət edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Çıxış televiziyada bir neçə dəqiqə sonra yayımlanacaq.

Ayşən Mustafa
Globalinfo.az